NASA-nın Klivlenddəki Glenn Araşdırma Mərkəzi komandası ilk dəfə bir təyyarədən Beynəlxalq Kosmik Stansiyaya 4K video yayımladı.
Ednews diken.com-a istinadən xəbər verir ki, bu texnologiya Artemida missiyaları zamanı Ayda astronavtların canlı video görüntülərinin təmin edilməsində əsas rol oynaya bilər.
Glenn mühəndisləri Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyası və NASA-nın Kiçik Biznes İnnovasiyaları Tədqiqat proqramı ilə əməkdaşlıq edərək, Pilatus PC-12 təyyarəsinin gövdəsinə müvəqqəti olaraq portativ lazer terminalı quraşdırıblar.
Siqnallar NASA-nın Lazer Rabitə Relay nümayişi (LCRD) adlı orbital təcrübə platformasına çatdı və sonra Beynəlxalq Kosmik Stansiyaya ötürüldü.
Təcrübələr zamanı Qlenndə hazırlanmış Yüksək Sürətli Gecikməyə Dözümlü Şəbəkə (HDTN) sistemi siqnalın bulud örtüyünə daha effektiv şəkildə nüfuz etməsinə kömək etdi.
Tədqiqatçılar iyulun qalan hissəsi boyunca PC-12 təyyarəsindən 4K video axını imkanlarını sınaqdan keçirəcəklər.
Onların məqsədi Artemida missiyaları ilə Ay səthinə qayıdışın yayımlanması üçün tələb olunan texnologiyaları inkişaf etdirməkdir.
Xəyal