Rusiya prezidenti Vladimir Putin İranın yeni prezidenti Məsud Pezeşkian ilə görüşə hazırlaşır.
Ednews "İLNA"ya istinadən xəbər verir ki, Kreml Rusiya prezidenti Vladimir Putinin oktyabrda iranlı həmkarı Məsud Pezeşkianla görüşəcəyini açıqlayıb.
Məlumata görə, görüş Rusiyanın Kazan şəhərində BRİKS sammitində keçiriləcək.
Qeyd olunub ki, Zirvə Görüşündə iştirak edəcək ölkələr arasında İranla yanaşı Braziliya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya və BƏƏ də var.
Əkbər Novruz