İtaliyalı üzgüçü Tomas Çekkon Olimpiya kəndində idmançıların yaşadığı otaqlarda kondisioner olmadığından küçədə yatıb.
Ednews xəbər verir ki, onun parkda yatmasını səudiyyə ərəbistanlı avarçəkən Huseyn Alirez sosial şəbəkədə paylaşıb.
Paris Olimpiadasında qızıl medal qazanan idmançı parkdakı skamyanın yanında dəsmal sərərək üzərində yatıb.
Çekkon daha öncə Tokio-2020-də təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirərək Fransa paytaxtındakı şəraitdən şikayət etmişdi. Xüsusilə, italiyalı isti havalarda otaqlarda kondisionerin olmamasını vurğulamışdı.
Qeyd edək ki, Tomas Paris-2024-də 100 m məsafəyə arxası üstə üzmə yarışında qızıl, eyni məsafəyə estafetdə bürünc medal qazanıb.