Parisdə keçirilən Olimpiya Oyunlarında iştirak edən idmançıların bağırsaq infeksiyasına yoluxmaları Sena çayı suyunun keyfiyyəti ilə bağlı deyil.
Ednews xəbər verir ki, bunu Paris merinin müavini Pyer Rabadan "Franceinfo"nun efirində deyib.
"Yarışlar dörd gün bundan əvvəl keçirilib, ona görə də çox şey baş verə bilər... Üüzgüçülərin yarışından əvvəl götürülmüş su nümunələri əla keyfiyyətdə olub”, – Rabadan əlavə edib.
Onun sözlərinə görə, Paris hökuməti gələcəkdə Sena çayında başqa yarışların keçirilməsini, eləcə də şəhər çimərliklərinin açılmasını müzakirə edir.