“Türk Aerokosmik Sənayesi Anonim Şirkəti”nə məxsus "Turkish Aerospace Azerbaijan" MMC nizamnamə kapitalını 1 milyon dollar və yaxud 3 dəfə azaldır.
Ednews-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, şirkətin kapitalı 1,5 milyon ABŞ dollarından 500 milyon ABŞ dollarına endiriləcək.
Kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhər, Yasamal rayonu, H.Cavid prospekti, ev 25 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Turkish Aerospace Azerbaijan" bu il dövlət qeydiyyatına alınıb.