Gürcüstan əhalisinin yarıdan çoxu oktyabrda keçiriləcək parlament seçkilərində hakim partiyaya səs verməyə hazırdır.
Ednews xəbər verir ki, GORBI təşkilatının “İmedi” telekanalının sifarişi ilə keçirilən sorğusunun nəticələri bunu göstərir.
Respondentlərin bildirib ki, seçkilərdə 59,3 %-i “Gürcü Arzusu” və “Xalqın Gücü” koalisiyasına səs verəcək.
Rəyi soruşulanların 13,1 %-i ən böyük müxalifət qüvvəsi olan “Vahid Milli Hərəkat” və “Aqmaşenebeli Strategiyası” koalisiyasına, 5,8 %-i “Gürcüstan üçün Lelo”, “Xalq üçün” və “Azadlıq Meydanı” koalisiyasına, 5,5 %-i “Axali”, “Droa” və “Girchi - daha çox azadlıq” koalisiyasına, 4,8 %-i keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasına, 3 %-i Rusiya ilə münasibətlərin qurulmasını müdafiə edən “Gürcüstan Vətənpərvərləri Alyansı” və “Alt-info” koalisiyasına görə səs verəcəyini bildirib.