Rusiya prezidenti Vladimir Putin İranın yeni prezidenti Məsud Pezeşkianı BRİKS sammitinə dəvət edib.
Ednews "news.am" a istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali açıqlayıb.
İranın Rusiyadakı səfiri bildirib ki, BRİKS sammiti çərçivəsində İran və Rusiyanın hərtərəfli uzunmüddətli əməkdaşlıq sazişi imzalayacağı ehtimalı var.
Qeyd edək ki, sammit oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək.
Əkbər