Çeçenistan lideri Ramzan Kadırov Teslanın məşhur elektrik pikap modeli Cybertruck-u sınaqdan keçirdiyi video yayımlayıb.
Ednews rusturk.com-a istinadən xəbər verir ki, videoda Kadırov nəqliyyat vasitəsini idarə edərkən onun baqajına quraşdırılmış pulemyot diqqət çəkir. Kadyov bu avtomobilə görə Tesla-nın qurucusu İlon Maska təşəkkür edib və Cybertruck-un Ukraynadakı hərbi əməliyyat zonasına göndəriləcəyini açıqlayıb. Lakin Maskın avtomobili Kadırova hədiyyə etdiyinə dair heç bir təsdiq yoxdur.
Kadırov nəqliyyat vasitəsinin xüsusiyyətlərini yüksək qiymətləndirib, Cybertruck-u "kiber canavar" kimi xarakterizə edib və bu avtomobilin Ukraynadakı müharibə şəraitində çox faydalı olacağına inandığını bildirib. Bundan başqa, İlon Maskı Qroznıya dəvət edən Kadırov onu “ən xüsusi qonaq” kimi qəbul edəcəyini və Rusiya Xarici İşlər Nazirliyinin bu səfərə etiraz etməyəcəyini bildirib.
Teslanın qurucusu İlon Mask hələ Kadırovun bu açıqlamalarına cavab verməyib.
Cybertruck-un qiyməti ABŞ-da 93 min 990 ilə 113 min 990 dollar arasında dəyişir.
Xəyal