Ednews CNN-ə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Naziri Entoni Blinken və Müdafiə Naziri Lloyd Ostin İsrail Müdafiə Naziri Yoav Qallant və Strateji İşlər Naziri Ron Dermerə ortaq məktub ünvanlayıblar. Məktubda Rəsmi Təl-Əvivdən 30 gün ərzində Qəzza bölgəsinə humanitar yardım koridoru açmaq tələb olunub. Əks təqdirdə Rəsmi Vaşinqtonun İsrailə hərbi yardımının məhdudlaşdırılacağı bildirilir.
Xatırladaq ki, ABŞ Xarici Yardımlar Qanununun 620.1 –ci maddəsinə əsasən Rəsmi Vaşinqtonun humanitar böhranın hökm sürdüyü regionlarda humanitar yardımlara mane olan dövlət və rejimlərə qarşı silah yardımını dayandırmaq və ya dondurmaq hüququ var.