Qəzza bölgəsində davam edən humanitar faciədə ABŞ hökümətini və müttəfiqlərini günahlandıran Zaxarova fikirlərini “ABŞ bu regiona “dəliliyi” gətirdi” cümləsiylə ifadə edib. O, Rəsmi Vaşinqtonu BMT Təhlükəsizlik Şurasının Münaqişəyə diplomatik müdaxiləsinə də mane olmaqda ittiham edib. Rusiya XİN Rəsmisi fikirlərinə belə davam edib :
“ABŞ və İsrailin ucbatından Qəzza sahili, İordan çayının Qərb sahilləri yer üzündən silinməyə doğru gedir. İsrail Fələstinə, Livana hücum edir, Suriyaya Hücumlar təşkil edir, İranı hədələyir, ABŞ isə onun bu hərəkətlərindən fayda əldə edir. Bu, yolverilməzdir. ABŞ və digər BMT TŞ dövlətləri qlobal sülh və suverenliyin təmin olunmağına görə məsuliyyət daşıyır”.