Suriyanın yeni hökuməti ölkənin hava məkanını İran təyyarələrinə bağlayıb.
EDnews xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, qadağa bütün növ İran təyyarələrinə tətbiq olunur.
Buna görə “İran Hava Yolları”nın təyyarələri, o cümlədən “Mahan Air” aviaşirkətinə məxsus təyyarələr Suriya səmasından yan keçirlər.