ABŞ-da yaşayan texnoloji maqnat İlon Mask liberal milyarder Corc Sorosu Ulduz Döyüşləri film seriyasındakı əsas cani Darth Sidious kimi tanınan İmperator Palpatinə bənzədib. Hadisə Co Baydenin güclü maliyyəçiyə "Azadlıq Medalı"-nı təqdim edəndən sonra baş verib.
"EDnyus" xəbər verir ki, şənbə günü X sosial şəbəkəsindəki paylaşımında İlon Mask prezident Baydenin Ulduz Döyüşlərinin anti-qəhrəmanına bəzək verməsini təsvir edən kollaj yerləşdirib və paylaşıma qalmaqallı başlıq əlavə edib: “Corc Soros burada olduqca yaxşı görünür. İşıqlandırma olmalıdır”.
Xatırladaq ki, Mask Trampın ən güclü tərəfdarlarından hesab olunur və seçkiqabağı təşviqat kampaniyasında Trampa cidd maliyyə dəstəyi ilə yadda qalıb.