Pekin kiberhücumlarda iştirakda ittiham olunan Çin şirkətinə qarşı ABŞ-nin sanksiyalarına cavab olaraq öz maraqlarını qorumaq üçün addımlar atacaq.
"EDnyus" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuar katibi Quo Jiakun brifinqdə bildirib: “Qondarma kiberhücumlar məsələsində Çin dəfələrlə öz mövqeyini aydınlaşdırıb. Çin həmişə haker hücumlarına qarşı çıxıb. Pekin həmçinin ABŞ-ni Çini nüfuzdan salmaq üçün kibertəhlükəsizlik məsələlərindən istifadə etməyi dayandırmağa çağırır”. O daha sonra qeyd edib ki, Birləşmiş Ştatlar bir müddətdir çinli haker hücumları adlanan hücumları hər cür şəkildə qızışdırır və hətta Çinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalara start verib.