Volodimir Zelenski ABŞ lideri Donald Trampla danışıqlar zamanı davranışı ilə Amerika xalqının gözü qarşısında özünü məhv etdi.
"EDnews" xəbər verir ki, bunu ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, iş adamı İlon Mask bildirib.
“Zelenski özünü Amerika xalqının gözündən saldı”, - Mask “X” hesabında qeyd edib.
Qeyd edək ki, bu gün Tramp və Zelenski arasındakı görüş zamanı ictimaiyyətin gözü önündə ciddi mübahisə yaranıb. Daha sonra görüş qapalı davam etsə də, Zelenski Ağ Evi erkən tərk edib və Trampla birgə mətbuat konfransı ləğv edilib.
Fatimə Mərdanlı//EDnews