Amerikalı milyarder və ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask, ABŞ-nin keçmiş prezidenti Donald Trampın tarif siyasətinə zidd mövqe sərgiləyərək, Avropa İttifaqı (Aİ) ilə azad ticarət zonası yaradılmasına çağırıb.
“EDnews”- un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Mask bu fikirlərini İtaliyada keçirilən “Liqa konqresi”ndə videoformatda çıxışı zamanı səsləndirib.
Mask bildirib ki, ABŞ və Aİ sıfır tarifli ticarət razılaşması imzalamalıdır:
“Aİ-dəki hərəkət və işlə təmin olunma azadlığı ABŞ-yə də aid edilməlidir”.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Donald Trampa da müvafiq məsləhət verib.
Şəms Qasımlı // EDnews