Çinin Mülki Aviasiya Baş İdarəsi dünyanın ən böyük mülki hidrotəyyarəsi olan "Kunlun" AG600M modelinə sertifikat verib. “AVIC” korporasiyası tərəfindən istehsal edilən bu təyyarə nəqliyyat vasitəsi kimi təsdiqlənərək rəsmi olaraq istifadəyə buraxılıb.
“EDnews” xəbər verir ki , iki illik sınaq müddətində bir neçə “AG600M” təyyarəsi 2 mindən çox uçuş həyata keçirib, 10 mindən çox parametr yoxlanılıb, ümumi uçuş saatı isə 3560 saat təşkil edib. Bu, Çin aviasiyası üçün rekord göstəricidir.
Bu təyyarənin hazırlanması böyük milli layihə olub, belə ki, 292 müəssisə və 16 universitet bu prosesdə iştirak edib.
“AG600M” müasir dövrün ən böyük hidro təyyarəsidir. O, 12 tonadək su daşıya və 4500 kilometrədək məsafəyə uçuş edə bilir.
Fatimə Mərdanlı // EDnews