316 nəfər venesuelalı miqrantdan ibarət qrup Meksikadan Conviasa dövlət aviaşirkətinin reysi ilə öz vətənlərinə qayıdıb.
“EDnews” xəbər verir ki , ilin birinci rübü ərzində 3 mindən çox venesuelalı “Vətənə Qayıdış Planı” adı altında öz ölkələrinə qayıdıb.
Qeyd edək ki, 2018-ci ildə həyata keçirilən “Vətənə Qayıdış Planı” dövlət dəstəyi ilə vətəndaşların geri qayıtmasına kömək göstərən təşəbbüsdür. Venesuela hakimiyyəti Meksikadan qayıdan miqrantların çoxunun əslən ABŞ-dan gəldiyini bildirib.
Fatimə Mərdanlı //EDnews