İranla bağlı beynəlxalq mövqedə mühüm dəyişiklik baş verir.
EDnews xəbər verir ki, İtaliya, Fransa, Almaniya və Böyük Britaniya Tehranla Vaşinqton arasında razılaşma əldə olunmasından sonra İrana qarşı sanksiyaların ləğvinə hazır olduqlarını bildirən birgə bəyanat yayıblar.
Bəyanatda qeyd olunub ki, tərəflər İranın nüvə silahına malik olmamasını təmin etmək məqsədilə ABŞ, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığa hazırdırlar.
Sənəddə vurğulanıb ki, İran bu istiqamətdə aydın və etibarlı addımlar atacağı təqdirdə, ona qarşı tətbiq olunan sanksiyaların ləğvi mümkün olacaq.
Bundan sonra Yaponiya, Kanada, Avstraliya, Belçika, Bolqarıstan, Kipr, Dominikan Respublikası, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Polşa və Portuqaliya da sanksiyaların ləğvinə hazır olduqlarını bəyan ediblər.







