Fransa Prezidenti Emmanuel Makron İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının zərərsizləşdirilməsinin vacibliyini vurğulayıb.
EDnews xəbər verir ki, bu barədə Makron ABŞ Prezidenti Donald Trampın İranla bağlı razılaşmanı elan etməsindən sonra jurnalistlərə açıqlamasında bildirib:
“Qalan zənginləşdirilmiş uran potensialının lazımi şəkildə zərərsizləşdirilməsini təmin edəcəyik”, – deyə Fransa lideri qeyd edib.
Makronun sözlərinə görə, həssas uran ehtiyatları ya İran ərazisindən çıxarılmalı, ya da zənginləşdirmə səviyyəsi aşağı salınmalıdır. O bildirib ki, sonrakı mərhələdə həmin materiallar BMT-nin nüvə nəzarəti qurumu olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) nəzarəti altında saxlanılmalıdır.
Fransa Prezidenti vurğulayıb ki, bu addımlar regionda və beynəlxalq səviyyədə nüvə təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.







