Rusiyada seçkilər zamanı internet söndürüləcək.
EDnews xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.
Onun sözlərinə görə, buna görə rusiyalılar şikayət etməməlidirlər.
"Gəlin, tərəzinin bir gözünə "sən internetə daxil ola bilmirsən"i, digər gözünə isə insanların həyatının xilas olunması"nı qoyaq", Rusiya MSK sədri bildirib.
Qeyd edək ki, Rusiyada bu ilin sentyabrında parlament seçkiləri keçiriləcək. Rəsmi Moskva seçkilərin dəqiq tarixini hələ açıqlamayıb.







