Futbol üzrə dünya çempionatında İspaniya Kabo Verde millisi ilə qarşılaşıb.
EDnews xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun matçında sürpriz nəticə qeydə alınıb.
İspaniya millisinin üstünlüyü şəraitində keçən matçda hesab açılmayıb. Bununla da Kabo Verde seçməsi tarixində ilk dəfə qatıldığı dünya çmepionatında ilk xalını qazanıb.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 02:00-da Səudiyyə Ərəbistanı Uruqvayla qarşılaşacaq.
21:35
Futbol üzrə dünya çempionatının İspaniya - Kabo Verde oyununda ikinci hissə başlayıb.
EDnews xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun matçında hesab açılmayıb.
Qarşılaşmanın baş hakimi iordaniyalı FIFA referisi Adham Mahadmehdir.







