ABŞ Prezidenti Donald Tramp İranla bağlı çərçivə sazişinin və Hörmüz boğazının yenidən açılması istiqamətində artan təzyiqlərin əsas müzakirə mövzularından biri olacağı G7 sammiti öncəsi Cenevrəyə gəlib.
EDnews xəbər verir ki, AFP agentliyinin məlumatına görə, ABŞ prezidentini daşıyan “Air Force One” təyyarəsi bazar ertəsi İsveçrənin Cenevrə şəhərinə eniş edib.
Trampın Cenevrədən Fransanın yaxınlığında yerləşən Evian kurort şəhərinə yollanacağı gözlənilir. Dünya liderləri burada keçiriləcək G7 sammiti çərçivəsində bir araya gələrək mühüm beynəlxalq məsələləri müzakirə edəcəklər.







