Rusiyanın Ukraynanın Zaporojye bölgəsinə hücumu nəticəsində iki nəfər həlak olub, 16 nəfər yaralanıb.
EDnews xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye bölgəsindəki Şevçenkivske kəndinə aviasiya bombası ilə hücum həyata keçirib.
"İki nəfər ölüb, 16 nəfər yaralanıb – düşmənin Zaporojyeyə hücumu nəticəsində ölənlərin sayı artır. 53 yaşlı qadın həlak olub. Digər qurbanın şəxsiyyəti müəyyən edilir", - deyə o yazıb.
Yaralılar arasında iki uşağın olduğu bildirilib.







