Venesuelada baş verən zəlzələlərdən sonra 74 saat davam edən axtarışların nəticəsində argentinalı futbolçu Lukas Trexonun həyat yoldaşı və iki övladının meyitləri tapılıb.
EDnews xəbər verir ki, bu barədə futbolçunun çıxış etdiyi "Maritimo" klubunun "Instagram" hesabında məlumat verilib.
Klub 38 yaşlı müdafiəçiyə başsağlığı verib.
Trexo zəlzələ zamanı Karakasda keçirilən oyunda olub. Evə qayıtdıqda isə yaşayış evinin tamamilə dağıldığını görüb. O vaxtdan etibarən ailəsinin axtarışlarında iştirak edib.
Trexo karyerası ərzində Yunanıstan, Argentina, Peru, Venesuela, Kolumbiya və ABŞ-də çıxış edib. O, bu ilin fevral ayında Venesuelanın ikinci divizion təmsilçisi "Maritimo"nun futbolçusu olub.
Xatırladaq ki, zəlzələlər iyunun 24-ü axşam saatlarında Yarakuy ştatında, Karakasdan təxminən 280 km qərbdə baş verib. İyunun 27-də ölənlərin sayının 1.4 mini keçdiyi bildirilmişdi.







