İran Hörmüz boğazında kommersiya gəmilərinə yenidən hücum etməyə başlayıb.
EDnews xəbər verir ki, bunu “Axios”a iki ABŞ rəsmisi bildirib.
Qeyd edilib ki, İran ordusu bazar ertəsi gecəsi Hörmüz boğazından keçən kommersiya gəmilərinə azı iki raket atıb.
Məlumata görə, hücum ABŞ və İran arasında boğazda hücumların dayandırılmasına dair əldə olunmuş bir həftəlik razılaşmanın müddəti başa çatdıqdan sonra baş verib.
Bildirilir ki, İranın hücumları yenidən başlaması üç həftə əvvəl imzalanmış anlaşmanın pozulması riskini artırıb.







