"Nə Türkiyə əvvəlkidir, nə də NATO" - Mevlüt Yeni yazır...

"Nə Türkiyə əvvəlkidir, nə də NATO" <span class="text-danger">- Mevlüt Yeni yazır...</span>

Dünya tarixi dönüş nöqtələri ilə zəngindir. Lakin hazırda yaşadığımız dövr təkcə bir mərhələnin sonu deyil; Qərb mərkəzli, təkqütblü hegemon dünyanın yerini çoxqütblü, texnologiyanın, enerjinin və hərbi gücün ön plana çıxdığı yeni qlobal nizam alır.

Məhz bu böyük geosiyasi dəyişikliklərin mərkəzində coğrafiyanın taleyini və tarixin axarını dəyişən bir aktor var: Türkiyə.

Ankara bu günlərdə tarixi bir tədbirə – NATO Zirvəsinə ev sahibliyi edir. Dünyanın ən böyük hərbi alyansı 22 ildən sonra yenidən Türkiyədə toplanır. Ankara yalnız NATO üzvü olan ölkələrin liderlərini deyil, Prezident Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti ilə NATO üzvü olmayan çoxsaylı dövlət başçılarını da qəbul edir.

Bundan başqa, dünyanın müxtəlif ölkələrindən gələn 3 minə yaxın jurnalist qlobal siyasətin mərkəzinə çevrilən Ankaradan bütün dünyaya xəbərlər ötürür. NATO əleyhdarları bu yazını bəyənməyə bilər. Amma nə Türkiyə əvvəlki Türkiyədir, nə də NATO əvvəlki NATO.

Kimlərsə arxa planda oyun qurmağa, kimlərsə isə daxildə və xaricdə zəif xarakterlərinin və qısqanclıqlarının əsiri olaraq boş sözlər söyləməyə davam etsin. Reallıq dəyişmir: dünya Türkiyəyə gəlir və bütün diqqətlər Türkiyədən veriləcək mesajlara yönəlib.

Uzun illər Türkiyəni sadəcə üzərindən keçilən bir "körpü" kimi görənlər bu gün yanıldıqlarını etiraf etmək məcburiyyətində qalıblar. İran, ABŞ və İsrail arasında yaşanan müharibə və sonrakı gərginliklərin Hörmüz boğazını və qlobal enerji marşrutlarını təhdid etdiyi bir vaxtda Türkiyə təkcə Asiya ilə Avropanı birləşdirən fiziki körpü deyil, həm də dünyanın ən etibarlı və strateji enerji-siyasət körpüsü olduğunu bir daha nümayiş etdirdi.

Avropanın enerji təhlükəsizliyi, sabitliyi, Qafqaz və Yaxın Şərqin gələcəyi artıq Ankaranın uzaqgörən və güclü iradəsindən asılıdır. Vaxtilə Türkiyəni kənarda saxlamağa çalışanlar bu gün Avropanın və bölgənin təhlükəsizliyi üçün ona ehtiyac duyduqlarını qəbul edirlər. Hətta NATO-nu tez-tez tənqid edən və alyansdan çıxmağı belə dilə gətirən ABŞ Prezidenti Donald Trampın bu zirvə üçün Türkiyəyə gəlməsi Ankaranın qlobal siyasətdəki çəkisinin açıq etirafıdır.

Türkiyə "guya müttəfiqlərin" bütün maneələrinə, sərhədlərində yaradılmaq istənilən terror və enerji dəhlizlərinə baxmayaraq, Suriya və İraqda öz təhlükəsizliyini özü təmin etdi.

Bəzilərinin "Orada nə işimiz var?" deyərək etiraz etdiyi sərhəd əməliyyatları bu gün bölgədə yeni siyasi reallıq yaradıb. Türkiyə təkcə hərbi sahədə deyil, diplomatik masada da öz möhürünü vurub.

"Mavi Vətən" konsepsiyası çərçivəsində Türkiyəni yox sayaraq Aralıq dənizini öz təsir dairəsinə çevirmək istəyənlərin planları Türk donanmasının qətiyyəti və strateji addımları nəticəsində iflasa uğradı.

Bütün dünya müharibəni alovlandırdığı halda, İstanbulda Ukrayna və Rusiyanı eyni masa arxasında bir araya gətirən, Taxıl Dəhlizi Sazişi ilə Afrikadan Avropaya qədər milyardlarla insanın ərzaq böhranının qarşısını alan yeganə iradə yenə də Türkiyə oldu.

Vaxtilə adi piyada tüfəngi üçün belə xaricdən asılı olan Türkiyə artıq keçmişdə qalıb.

Bu gün Türkiyənin pilotsuz uçuş aparatları (PUA), zərbə PUA-ları (SİHA) və yerli müdafiə sənayesi məhsulları təkcə ölkənin təhlükəsizliyini qorumur, həm də dünya ordularının almaq üçün növbəyə durduğu, Türkiyəyə milyardlarla dollar qazandıran texnoloji güc amilinə çevrilib.

Türkiyənin texnologiyası döyüş meydanında qaydaları dəyişir, xəritələri yenidən formalaşdırır. Müdafiə sənayesində əldə olunan bu müstəqillik ölkənin xarici siyasətdə dik durmasının ən mühüm təminatıdır.

Bu zirvə təkcə Qərb alyansı üçün deyil, Adriatik dənizindən Çin səddinə qədər uzanan Türk dünyasının gücünü artıracaq dönüş nöqtəsidir. Qardaş Azərbaycanla birlikdə Qarabağda qazanılan tarixi qələbədən sonra Türkiyənin qlobal miqyasdakı bu güc nümayişi yaxın coğrafiyadakı soydaşlara və dost ölkələrə yeni rol və yeni özünəinam qazandırır.

Güclü Türkiyə təkcə öz xalqı üçün deyil, ilk növbədə Türk dünyası, eləcə də məzlum xalqlar və qonşu ölkələr üçün də dayaq və güc deməkdir.

Zirvənin nəticələri yalnız təhlükəsizlik sahəsi ilə məhdudlaşmır. Bu tədbir Türkiyənin imicinə, turizminə, iqtisadiyyatına və ən əsası qlobal etibarlılığına böyük töhfə verəcək. Bu uğur siyasi baxışlardan asılı olmayaraq, bütün Türk xalqının uğuru kimi tarixə düşəcək.    

İndi isə bizə düşən qədim türk qonaqpərvərliyi ilə qonaqları ən yaxşı şəkildə qarşılamaq və Türkiyənin gücünü dünyaya bir daha göstərməkdir. Türkiyə bu zirvədən və formalaşan yeni dünya nizamından ən çox qazanan ölkə olacaq.

Qısqanclığı, mənasız siyasi çəkişmələri bir kənara qoyun və heç olmasa bir dəfə Türkiyənin əldə etdiyi nailiyyətləri, uğurlarını və diplomatik qələbəsini alqışlayın. 

(Türkiyəli jurnalist Mevlüt Yeni) 

Xəbər xətti

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOLAR
11:11
Ronaldo: "Bu mənim üçün sonuncu dünya çempionatı idi"
11:05
Dollar almaq istəyənlərin DİQQƏTİNƏ
11:01
Ukraynada ZƏLZƏLƏ BAŞ VERDİ
10:59
İordaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
10:57
"Kəpəz" onunla VİDALAŞDI
10:55
Yeni Konstitusiya, yoxsa yeni dövlət modeli? Paşinyanın 5 iyul mesajının hüquqi və siyasi təhlili
10:50
Pakistanda terror hücumu: POLİSLƏR HƏLAK OLDU
10:48
192 minə yaxın şəxsə ödəniş edilib
10:42
Çində tornado və güclü külək CAN ALDI
10:35
36-cı NATO Sammiti bu gün BAŞLAYIR
10:24
Nyu-Yorkda həyat iflic oldu
10:18
2,3 milyonluq dələduzluq işi: Elnarə Şirməmmədova həbs edildi
10:14
Səhiyyə nazirinə yeni müavin təyin edilib
10:03
Lukaku DÇ tarixində ilkə imza atdı
09:55
Gəncə tələbələrinə ŞAD XƏBƏR! İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
09:50
Bakı–Naxçıvan marşrutu üzrə reyslər BƏRPA OLUNDU
09:45
Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
09:39
"Nə Türkiyə əvvəlkidir, nə də NATO" - Mevlüt Yeni yazır...
09:38
Türkiyədə FACİƏ: AVTOBUS AŞDI - 41 YARALI
09:27
Qızıl və gümüş ucuzlaşdı
09:03
Dünya bazarlarında NEFT BAHALAŞIR
08:58
Tramp Türkiyəyə yola düşdü
08:48
Bakıda 7 istiqamətdə TIXAC VAR - SİYAHI
08:33
"Bitcoin" yenidən bahalaşdı
08:30
Abituriyentlər bu tarixədək sənədləri DİM-ə təqdim etməlidirlər
08:21
Roberto Martines məğlubiyyətdən sonra İSTEFA VERDİ
08:10
Moskvaya yaxınlaşan 36 dron vurulub
07:50
Azərbaycanda 7 mindən çox şəxs 30 yaşdan sonra ilk dəfə ailə qurub - RƏSMİ
07:43
Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ
07:31
Hörmüzdə vəziyyət GƏRGİNLƏŞDİ: İRAN HÜCUMA KEÇDİ
07:25
Çində körpü uçdu, insanlar itkin düşdülər...
07:20
DÇ-2026: İspaniya Portuqaliya üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNDİ4
07:03
DÇ-2026: Belçika ABŞ millisini məğlub edərək 1/4 finala adlayıb
06:45
Faydasız bilinib zibilliyə atılırdı- Arıqlamaq istəyənlər üçün möcüzəvi qida imiş
05:56
Evinizdə bu 5 əşya varsa, kasıb olacaqsınız
05:42
Ən hazırcavab bürclər: Onların sözləri fiziki zərbədən daha çox ağrı verir
05:33
Bir fincan çay müalicəni puça çıxara bilər - Vacib xəbərdarlıq
05:15
ABŞ səfirliyi vətəndaşlarına NATO Zirvə Görüşü ilə bağlı XƏBƏRDARLIQ EDİR
04:45
Bolqarıstan Türkiyədən mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı müqaviləni dondurdu
04:15
Hakerlər Britaniya rəsmiləri kompüterinə hücum ediblər - MEDİA
03:46
Həddindən artıq su içməyin ZƏRƏRLƏRİ
03:20
Kral III Çarlz bu dəfə tankda gəzdi - FOTO
03:00
Yayda ən çox edilən səhv: Günəş kremi sizi qorumaya bilər
02:00
Hər gün yaşadığınız bu narahatlıq xərçəng riski yarada bilər
01:20
Ermənistanda müxalif partiyaya qarşı ŞOK ƏMƏLİYYAT: Evdən ŞİR, PƏLƏNG ÇIXDI
00:30
Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəldilər
00:18
07.07.2026
Venesuelada zəlzələ qurbanlarının sayı 3500-ü ötdü
23:56
Azərbaycanın deputatları Haaqa meri ilə görüşüblər
23:52
Qorxunc ssenari: Yerin son bitkisinin məhv olacağı vaxt müəyyənləşdi
23:42
Bu ərazilərdə işıq kəsiləcək
23:35
Seyfəddin Əsəd: “Milyonlarla insan risk altındadır: Bu əlamətlər varsa...” -VİDEO
23:28
Seyfəddin Rəhimov vəfat etdi
23:25
10 milyon sakin İŞIQSIZ QALDI
23:15
İzdiham faciəyə çevrildi: Xameninin vida mərasimində mindən çox şəxs yaralandı
23:02
Sevgi, pul və karyera: BU BÜRCLƏRİN ƏN UĞURLU GÜNÜDÜR
22:57
Tramp Si Cinpinin Ağ Evə səfər edəcəyi TARİXİ AÇIQLADI
22:49
Sumqayıtda zəncirvari QƏZA: XƏSARƏT ALANLAR VAR
22:43
Xameneyinin dəfninə görə Məşhəddə məhdudiyyətlər tətbiq olunur
22:33
Ərdoğanın Trampla görüşünün gündəliyi AÇIQLANDI
22:26
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR