İspaniyalı Roberto Martines futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi postunu tərk edib.
EDnews xəbər verir ki, hadisə komandasının dünya çempionatında mübarizəni dayandırmasından sonra baş verib.
Bu barədə o, mətbuat konfransında jurnalistlərə bildirib.
"Bu, inanılmaz bir dövr idi. Təsvir edə bilməyəcəyim bir qürur. Bütün Portuqaliya xalqının bizə bəxş etdiyi güc, enerji inanılmaz idi", - Martines qeyd edib.
Qeyd edək ki, portuqaliyalılar turnirin 1/8 final matçında ispanlara məğlub olublar (0:1).






