2,3 milyonluq dələduzluq işi: Elnarə Şirməmmədova həbs edildi

2,3 milyonluq dələduzluq işi: <span class="text-danger">Elnarə Şirməmmədova həbs edildi</span>

Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib.

EDnews “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İttihama görə, E.Şirməmmədova vətəndaşlardan ümumilikdə bir milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib.

Məhkəmə istintaq müddətində Elnarə Şirməmmədovanın həbsdə saxlanılmasına qərar verib.

İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər saytımıza müraciət edərək bildiriblər ki, onlara dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atılmır. Şikayətçilərin sözlərinə görə, E.Şirməmmədova 9 nəfərdən müxtəlif məbləğlərdə pul alaraq geri qaytarmayıb. Cinayət işində zərərçəkmiş qismində tanınmış şəxslərə müvafiq olaraq 27.120, 3800, 21.300, 3500, 467.000, 112.000, 428.790, 56.826, 134.693 manat məbləğində maddi ziyan vurulması qeyd edilib.

İddia olunur ki, Elnarə Şirməmmədova aldığı pulları geri qaytarmır və müxtəlif bəhanələr irəli sürür: “Biz onun biznesinin olmadığını sonradan öyrəndik. Onunla bizim ailəvi yaxınlığımız olub. Bütün zərərçəkmişlərə yaxın adam olub. Məsələn, bir zərərçəkən qaynıdır, biri xalası qızıdır, aralarında rəfiqəsi və ailə dostları olanlar da var. O, hər kəsə böyük miqdarlarda - 2-3 kiloqram ağırlığında qızılları nümayiş etdirərək, sərgidən alınma bahalı qızıl əşyalarını göstərərək, müxtəlif tanınmış qızıl şirkətlərinin adlarından, qızıl ticarəti ilə məşğul olan Zülfiyyə xanımın adından istifadə edərək, qızıl bazarlarında guya öz satış “polka”larının olduğunu göstərərək inandırıb ponzi sistemi qurmuşdu. Bunu özü də telefon danışığında dəfələrlə etiraf edib. Düşünürük ki, 30 yaşlı bir xanım bu əməlləri təkbaşına törədə bilməz. Çünki Elnarə Şirməmmədova bu əməlləri törədərkən ona kimlərsə kömək etmiş ola bilər. Anası və atası əsas şübhələndiyimiz şəxslərdir. Zərərçəkmişlərdən pul götürərkən anası da bəzi hallarda yanında olub və həmişə anası ilə birlikdə işlədiyini deyib. Sadəcə təqsirləndirilən şəxs özü etiraf etmir”.

Əldə olunan məlumata görə, 9 nəfərin şikayəti əsasında Səbail Rayon Polis İdarəsində açılmış cinayət işinin ibtidai istintaqı artıq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, paytaxt sakini, qızıl biznesi ilə məşğul olan Zülfiyyə Quliyevanın da E.Şirməmmədova barəsində Nəsimi Rayon Polis İdarəsinə şikayət etməsi məlum olub. Z.Quliyeva həmcinsinin ona qarşı 940 min manatlıq dələduzluq əməli törətdiyini bildirib. Hazırda bu şikayət üzrə ayrıca material Nəsimi RPİ-də araşdırılır.

Elnarə Şirməmmədovanın atası, cənub zonasında tanınmış müğənni olan İsmayıl Səfərov mövzu ilə bağlı sorğuya cavab olaraq bildirib ki, hazırda məsələ ilə bağlı məhkəmə prosesi keçirilir: “Bunların mənə heç bir aidiyyəti yoxdur. Hazırda məhkəmə prosesi keçirilir. Elnarə xanım heç kimdən pul almayıb, deyilənlərin hamısı şər-böhtandır”.

Xəbər xətti

Amerikalı senator sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə İlham Əliyevə minnətdarlıq edib
11:48
Əminə Ərdoğan NATO çərçivəsində liderlərin həyat yoldaşlarını qəbul edəcək
11:46
Dəməşqdə Makrona hücum olub? - FOTO
11:45
36-cı NATO Sammiti BAŞLADI -YENİLƏNİB
11:42
Həkimdən maraqlı açıqlama: "Kişilərin ömrünü ən çox öz davranışları qısaldır"
11:37
ABŞ Azərbaycanı G20 sammitinə DƏVƏT ETDİ
11:32
Bağçalara elektron qəbul BAŞLADI
11:28
Prezident: Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb
11:23
Məktəblərdə geyim qaydaları dəyişir
11:20
Milli Məclisin iclası BAŞLADI
11:16
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOLAR
11:11
Ronaldo: "Bu mənim üçün sonuncu dünya çempionatı idi"
11:05
Dollar almaq istəyənlərin DİQQƏTİNƏ
11:01
Ukraynada ZƏLZƏLƏ BAŞ VERDİ
10:59
İordaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
10:57
"Kəpəz" onunla VİDALAŞDI
10:55
Yeni Konstitusiya, yoxsa yeni dövlət modeli? Paşinyanın 5 iyul mesajının hüquqi və siyasi təhlili
10:50
Pakistanda terror hücumu: POLİSLƏR HƏLAK OLDU
10:48
192 minə yaxın şəxsə ödəniş edilib
10:42
Çində tornado və güclü külək CAN ALDI
10:35
Nyu-Yorkda həyat iflic oldu
10:18
2,3 milyonluq dələduzluq işi: Elnarə Şirməmmədova həbs edildi
10:14
Səhiyyə nazirinə yeni müavin təyin edilib
10:03
Lukaku DÇ tarixində ilkə imza atdı
09:55
Gəncə tələbələrinə ŞAD XƏBƏR! İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
09:50
Bakı–Naxçıvan marşrutu üzrə reyslər BƏRPA OLUNDU
09:45
Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
09:39
"Nə Türkiyə əvvəlkidir, nə də NATO" - Mevlüt Yeni yazır...
09:38
Türkiyədə FACİƏ: AVTOBUS AŞDI - 41 YARALI
09:27
Qızıl və gümüş ucuzlaşdı
09:03
Dünya bazarlarında NEFT BAHALAŞIR
08:58
Tramp Türkiyəyə yola düşdü
08:48
Bakıda 7 istiqamətdə TIXAC VAR - SİYAHI
08:33
"Bitcoin" yenidən bahalaşdı
08:30
Abituriyentlər bu tarixədək sənədləri DİM-ə təqdim etməlidirlər
08:21
Roberto Martines məğlubiyyətdən sonra İSTEFA VERDİ
08:10
Moskvaya yaxınlaşan 36 dron vurulub
07:50
Azərbaycanda 7 mindən çox şəxs 30 yaşdan sonra ilk dəfə ailə qurub - RƏSMİ
07:43
Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ
07:31
Hörmüzdə vəziyyət GƏRGİNLƏŞDİ: İRAN HÜCUMA KEÇDİ
07:25
Çində körpü uçdu, insanlar itkin düşdülər...
07:20
DÇ-2026: İspaniya Portuqaliya üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNDİ4
07:03
DÇ-2026: Belçika ABŞ millisini məğlub edərək 1/4 finala adlayıb
06:45
Faydasız bilinib zibilliyə atılırdı- Arıqlamaq istəyənlər üçün möcüzəvi qida imiş
05:56
Evinizdə bu 5 əşya varsa, kasıb olacaqsınız
05:42
Ən hazırcavab bürclər: Onların sözləri fiziki zərbədən daha çox ağrı verir
05:33
Bir fincan çay müalicəni puça çıxara bilər - Vacib xəbərdarlıq
05:15
ABŞ səfirliyi vətəndaşlarına NATO Zirvə Görüşü ilə bağlı XƏBƏRDARLIQ EDİR
04:45
Bolqarıstan Türkiyədən mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı müqaviləni dondurdu
04:15
Hakerlər Britaniya rəsmiləri kompüterinə hücum ediblər - MEDİA
03:46
Həddindən artıq su içməyin ZƏRƏRLƏRİ
03:20
Kral III Çarlz bu dəfə tankda gəzdi - FOTO
03:00
Yayda ən çox edilən səhv: Günəş kremi sizi qorumaya bilər
02:00
Hər gün yaşadığınız bu narahatlıq xərçəng riski yarada bilər
01:20
Ermənistanda müxalif partiyaya qarşı ŞOK ƏMƏLİYYAT: Evdən ŞİR, PƏLƏNG ÇIXDI
00:30
Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəldilər
00:18
07.07.2026
Venesuelada zəlzələ qurbanlarının sayı 3500-ü ötdü
23:56
Azərbaycanın deputatları Haaqa meri ilə görüşüblər
23:52
Qorxunc ssenari: Yerin son bitkisinin məhv olacağı vaxt müəyyənləşdi
23:42
Bu ərazilərdə işıq kəsiləcək
23:35
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR