İranın şimal-şərqində yerləşən Gülüstan əyalətində güclü partlayış olub.
EDnews xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin endirdiyi hava zərbələri Əqqalə şəhəri yaxınlığında yerləşən dəmir yolu körpüsünü hədəf alıb.
Belə ki, hücum nəticəsində körpünün yerləşdiyi ərazidə böyük krater yaranıb, relslər və beton dayaqlar ciddi zədələnib.
Sözügedən körpü 2013-cü ildə istifadəyə verilən İnçeborun–Qorqan dəmir yolu xəttinin bir hissəsidir. Bu marşrut Çinin Sian şəhərini Tehran yaxınlığındakı Aprin Quru Limanı ilə birləşdirən Yeni Avrasiya Quru Körpüsü nəqliyyat dəhlizinin son bağlantılarından biri hesab olunur.
İran mediası körpüyə ümumilikdə yeddi mərminin düşdüyünü yazır.









