İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni vəziyyəti daha da gərginləşdirməkdən çəkindirib və bildirib ki, Hörmüz boğazı yalnız Tehranın şərtləri əsasında açılacaq.
EDnews xəbər verir ki, bu barədə İran parlamentinin sədri "X" sosial şəbəkəsində yazıb.
"Zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız. Əbəs yerə mübarizə aparmayın, əks halda daha da dərin bataqlığa düşəcəksiniz. Hörmüz boğazı ABŞ-nin təhdidləri ilə deyil, yalnız İranın şərtləri əsasında açılacaq", - deyə Qalibaf cümə axşamı X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ-də "hələ də başa düşmürlər ki, qorxutmaq və vədləri pozmaq artıq nəticəsiz qalmır".







