Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib.
EDnews xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO Omandan 16 km şərqdə baş verən hadisə barədə məlumat alıb. Hərbi hakimiyyət orqanları konteyner gəmisinin arxa hissəsində zədələnmə olduğunu və nəticədə göyərtədə yanğın baş verdiyini bildirib", - mərkəz açıqlamasında bildirib.







