Ankarada iyulun 7-8-də keçirilən NATO sammitinin bir çox iştirakçısı Rusiya ilə dialoqa maraq göstərib.
EDnews xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso "Facebook" hesabında yayımlanan videomüraciətində bildirib.
“Mənim üçün prinsipial əhəmiyyət daşıyan məqam o oldu ki, bir çox NATO ölkəsi Rusiya ilə dialoq aparılmasına maraq göstərdi. Mən bunu alqışlayıram və uzun müddətdir dəstəkləyirəm”, - deyə Fitso bildirib.
“Biz əməkdaşlığın, dialoqun tərəfdarıyıq. Biz müharibəyə qarşıyıq”, - deyə hökumət başçısı əlavə edib.
O, həmçinin xatırladıb ki, Slovakiya NATO-nun Ukrayna üçün nəzərdə tutulan 70 milyard avroluq hərbi yardım paketində iştirak etməyəcək.








