Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində çoxsaylı xəsarət alan var.
EDnews-un məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İritutumlu rayonlararası sərnişin avtobusu aşıb.
Hadisə nəticəsində çox sayda insan xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.






