İngiltərə milli komandasının oyunçuları bütün ölkəni qürurlandırıb.
EDnews xəbər verir ki, bunu Böyük Britaniya kralı III Çarlz X hesabında yazıb.
Kral Argentinaya Dünya Çempionatının yarımfinalında 1:2 hesabı ilə uduzan İngiltərə yığmasına təsəlli verib: "İngiltərə kapitanı Harri və komandaya təəssüfümü çatdırıram. Bu gün siz, Üç Aslan (İngiltərə milli komandasının ləqəbi – red.), yaralarınızı yalasanız da, millətin qüruru olaraq qalırsınız - və mütləq yenidən dirçələcəksiniz".








