ABŞ dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ləğv ediləcəyini vəd edib. Bu barədə CNN nəşri məlumat yayıb. “Hökumətimizin sərəncamında olan bütün vasitələrdən istifadə edərək və səylərini birləşdirə biləcəyimiz bütün müttəfiqlərlə əməkdaşlıq edərək, biz Beynəlxalq Cinayət Məhkəməsini ləğv edəcəyik”, – Rubio bəyan edib. Dövlət katibinin sözlərinə görə, məhkəmə ABŞ-yə qarşı güllə və ya raketlərlə deyil, qondarma beynəlxalq hüququn gücü ilə müharibə aparır.
EDnews xəbər verir ki, nəşr iddia etdiyinə görə, Ağ Ev administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin Əfqanıstanda ABŞ hərbçilərinin ehtimal olunan müharibə cinayətlərini araşdırma cəhdlərindən narazıdır.
Beynəlxalq Cinayət Məhkəməsi Haaqa şəhərində yerləşən hökumətlərarası beynəlxalq tribunaldır.
Məhkəmə ilk həbs orderlərini 2005-ci ildə, ilk hökmünü isə 2012-ci ildə çıxarıb. Təqsirləndirilən şəxslər arasında dövlət başçıları və digər yüksək vəzifəli rəsmilər də olub. Son illərdə diqqət çəkən işlərə Putin barədə həbs orderi, həmçinin Netanyahu və müdafiə naziri Yoav Qallant, eləcə də bir sıra HƏMAS liderləri barədə əlaqədar çıxarılan orderlər daxildir. Musavat.com yada salır ki, BMT-nin rəsmi sözçüsü Stefan Dujarrik ABŞ Dövlət katibi Marko Rubionun soyqırımı, müharibə cinayətləri, insanlığa karşı cinayətlər və təcavüz aktlarını araşdıran qlobal məhkəməni ləğv etmək (parçalamaq) təklifinə Bəbaş katib Antonio Quterreşin münasibətini açıqlayıb.
Sözçü qeyd edib: “BCM katiblikdən və BMT sistemindən ayrı, müstəqil bir təşkilat olsa da, bizim üçün beynəlxalq ədalət sisteminin mühüm və qaçılmaz bir tərkib hissəsi olaraq qalır. Onun fəaliyyəti çoxlu sayda üzv dövlət tərəfindən geniş şəkildə dəstəklənir və ağır cinayətlərə görə qlobal məsuliyyətin təmin edilməsinə birbaşa kömək edir”. Dujarrik, həmçinin ABŞ-nin Niderlandın Haaqa şəhərində yerləşən BCM-i təsis edən 1998-ci il Roma Statutu müqaviləsinin tərəfi olmadığını da xatırladıb.







