Sergey Koretski Ukraynanın yeni baş naziri təyin edilib.
EDnews xəbər verir ki, bu məlumatı "RBK-Ukrayna" nəşri yayıb.
Hökumət başçısı postuna Koretskinin gətirilməsinin lehinə 289 millət vəkili səs verib.
Qeyd edək ki, parlament bu həftədən etibarən Nazirlər Kabinetində dəyişikliklərə start verib. İyulun 14-ü çərşənbə axşamı sabiq baş nazir Yuliya Sviridenko istefaya göndərilib və nəticədə bütün hökumət heyəti buraxılıb.







