Türkiyənin İzmir şəhərinin Seferihisar və Menderes rayonlarında keçirilən əməliyyatlar zamanı 89 qanunsuz miqrant saxlanılıb.
EDnews xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Məlumata görə, Seferihisar rayonunda sahil mühafizəsi və jandarm əməkdaşları tərəfindən keçirilən əməliyyatda aralarında uşaq da olmaqla 61 qanunsuz miqrant saxlanılıb.
Əməliyyat zamanı miqrant qaçaqmalçılığı ittihamı ilə iki şübhəli də tutulub.
Menderes rayonunda da sahil mühafizəsinin əməkdaşları qayığı saxlayıb. Qayıda olan 28 qanunsuz miqrant sahilə çıxarılıb.
Qanunsuz miqrantlar jandarm tərəfindən araşdırmalardan sonra Vilayət Miqrasiya İdarəsinə təhvil verilib.






