Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.
EDnews xəbər verir ki, ilkin ehtimala görə, partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olub.
Bundan bir qədər əvvəl şəhər sakinlərinin mobil telefonlarına Qətərin Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik təhdidinin səviyyəsinin yüksəldilməsi və təhlükəsiz yerlərdə qalmaları ilə bağlı bildirişlər göndərilib.
Hadisənin səbəbi və mümkün nəticələri barədə əlavə məlumat verilməyib.






