Yaponiyanın Kyuşu adasının cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.
EDnews xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya Agentliyi məlumat yayıb.
Zəlzələnin episentri Kaqoşima prefekturasına aid olan Taneqaşima adasının şərqində, dənizdə yerləşib. Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.






