Boliviya prezidenti Evo Moralesin iştirak etdiyi məhkəmədə biabırçı hadisə yaşanıb.
İngilis mətbuatında çıxan xəbərlərə görə, Bolivya prezidenti Morales beynəlxalq vəkillərlə məhkəmə zalında reallaşdırdığı yığıncaqda, telefonundan porno film izlərkən yaxalanıb.
Prezidentin biabır olduğu videogörüntülər xarici mətbuatda böyük əks-səda oyandırıb.
SƏSİNİ AÇIQ UNUTDU!
Morales telefonundan porno izlədiyi əsnada videonun səsini açıq unudub və zalda olanlar qəribə vəziyyəti anlayıblar.
Cənubi Amerikalı lider şoka düşərək telefona əlindən yerə salıb, sonra da söndürməyə çalışıb, lakin ört-basdır etmək üçün gec qalıb.
Video paylaşma saytı LiveLeak-də yayımlanan video, qısa müddətdə yüz minlərlə insan tərəfindən sosial mediada paylaşılıb.