Pekres Fransa prezidenti seçilsə... Ana müxalifət liderinin Qarabağa səfəri və erməni sevdalısı olan siyasətçilər

Analitika 18:09 23.12.2021

Fransanın ana müxalifət partiyası olan Respublikaçıların Partiyasından prezidentliyə namizədi Valeri  Pekrez gizli şəkildə Qarabağa qanunsuz səfər edib. Bu barədə “France TV”nin jurnalisti və siyasi şərhçisi Julen Neni bildirib.

Səfər zamanı Fransanın müxalifət lideri separatçı rejimin nümayəndələri görüşüb.

Qeyd edək ki, 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasından namizədliyini irəli sürmüş Valeri Pekrez Ermənistana iki günlük səfər edib. Pekres səfəri zamanı Ermənistan Prezidenti Armen Sarkisyan, Ermənistan Parlamentinin spikeri Alen Simonyan və Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla görüşüb. Bundan əlavə, fransalı müxalifət lideri qondarma erməni soyqırımı abidəsini və İkinci Qarabağ müharibəsində həlak olmuş erməni hərbiçilərinin məzarlarını ziyarət edib.

Pekrez Ermənistandan gizli şəkildə Azərbaycanın bir hissəsi olan Qarabağa da keçib, oradakı separatçı rejimin liderləri ilə görüşüb və hərbçilərin məzarını ziyarət edib. Maraqlıdır ki, Pekresin ziyarət etdiyi məzarlardan birinin üzərində faşist svastikası olub. Pekres həmin qəbrin üzərinə də gül dəstəsi qoyub. 

Valeri Pekrez kimdir?

Valeri Pekrez Fransa siyasətində 20 ildir aktiv iştirak edir. O, dövlət strukturlarında bir sıra yüksək vəzifələrdə xidmət edib.

Valeri Pekrez 2002-2007-ci illərdə Fransa Milli Assambleyasının deputatı olub.

2004-ci ildə sağ-mərkəzçi Xalq Hərəkatı Uğrunda İttifaq partiyasının sədri olmuş Nikolya Sarkozinin mətbuat katibi işləyib.

2007-2011-ci illərdə Pekrez Fransua Fiyonun rəhbərlik etdiyi hökumətdə Ali Təhsil və Araşdırma naziri kimi xidmət edib.

Ondan sonra bir il ərzində hökumətinin mətbuat katibi və Büdcə, İctimai Hesablar və Dövlət İslahatları naziri vəzifəsini daşıyıb.

2012-ci ildə prezident seçkilərində Nikolya Sarkozinin məğlubiyyətindən sonra Valeri Pekrez hökuməti tərk edərək Xalq Hərəkatı Uğrunda İttifaq partiyasında karyerasını davam etdirib və 2012-ci ildə yenidən Fransa Milli Assambleyasının deputatı seçilib.

2015-ci ilin dekabrında Valeri Pekrez rəhbərlik etdiyi sağ və mərkəzçi koalisiya Regional Şuraya keçirilən seçkilərdə sol bloka az fərqlə qalib gəlib. Pekres Regional Şuranın prezidenti seçilib və hal-hazırda bu vəzifəni davam etdirir.

2021-ci ilin iyulunda Pekrez Respublikaçılar Partiyası adından 2022-ci il prezident seçkilərinə namizədliyini irəli sürüb.

No description available.

Pekrezin erməni sevgisi

Bildiyimiz kimi, Fransada ənənəvi olaraq prezident və parlament seçkilərinə namizədliyini irəli sürmüş siyasi liderlər və partiyalar seçkilər qabağı ermənilərə olan simpatiyalarını açıq şəkildə nümayiş etdirirlər. Fransada hər bir siyasi lider, siyasi partiya və siyasi blokun ölkədə uzun müddəti mövcud olan erməni lobbisi ilə güclü əlaqələri və təmasları olub. Hətta, bu ölkədə erməni lobbisinin bir sıra siyasi partiyaları və liderləri maliyyələşdirməsi barədə faktlar üzə çıxıb.

Valeri Pekrez də digər fransız siyasətçiləri kimi erməni lobbisi ilə yaxınlığı və ermənilərə olan simpatiyası ilə seçilən siyasətçidir.

Qeyd edək ki, Valeri Pekrez bundan qabaq Ermənistana iki dəfə səfər edib. 1990-cı ildə Pekres Moskvada Fransa səfirliyində çalışarkən Ermənistana səfər edib. O zaman Ermənistanda Spitak zəlzələsindən zərər çəkənlərə humanitar yardımın göstərilməsində fəal iştirak edənlər arasında olub.  Pekres Ermənistana ikinci səfərini 2028-ci ildə həyata keçirib. Bu, onun sayca üçüncü səfəridir.

Budəfəki səfərində fransalı siyasətçi və Ermənistan rəhbərliyi arasında post-müharibə dövrü, humanitar problemlər və Azərbaycanın azad etdiyi Qarabağda “erməni xristian tarixi və mədəni irsinin qorunması” ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda Pekrez və digər fransalı nümayəndələrə qondarma “erməni soyqırımı” abidəsini və 44 günlük Qarabağ müharibəsində ölən erməni əsgərlərinin xatirəsinə qurulmuş Yerabul məzarlığını ziyarət ediblər. Fransalı nümayəndələr, həmçinin müharibədə yaralanan erməni əsgərlərinin müalicə aldığı reabilitasiya mərkəzində də olublar.

Bununla bərabər, Pekrez  Ermənistana səfərində ermənipərəstliyini açıq şəkildə nümayiş etdirib və bəyanatlar səsləndirib. Pekrez Parisdə Ermənistanı dəstəkləmək üçün beynəlxalq konfransın təşkilini planlaşdırdığını bildirib. O, qeyd edib ki, konfransın gündəliyində duran əsas məsələ - Ermənistan və Qarabağda xristian mədəniyyətinin və irsinin qorunmasıdır.

No description available.

“Biz xristianların müdafiəsi məsələsinə önəm veririk, çünki biz sadəlövh deyilik, gözümüz yumulmayıb və hesab edirik ki, bu gün Ermənistanı təhdid edən müəyyən təhlükələr var. Bu təhlükələr Fransa və Avropanı da əhatə edir” – deyə o bildirib.

Pekrez Yerevanda jurnalistlərə müsahibəsində bu fikirləri də bildirib: “Biz bütün Avropanı bu münaqişə ətrafında səfərbər etməliyik, ona görə ki, bu təkcə Qafqaza məxsus olan münaqişə deyil, bütün Avropaya təsir edən  münaqişədir. Şərq xristianlarına hücum Avropa sivilizasiyasına hücum deməkdir”.

Ermənilərə sevgisi olan Pekrez İslama dininə və müsəlmanlara qarşı fikirlər səsləndirən siyasət kimi də tanınır: “Mən islamçılığın yüksəlişini dayandırmaqda qərarlıyam”.

Bir məqamı da qeyd edək ki, bundan əvvəl Fransada ultra-sağçı və islama düşmənçiliyi ilə tanınan prezidentliyə müstəqil namizəd Erik Zemmor da Ermənistana səfər edib.

No description available.

Pekresin Ermənistan və Qarabağa səfər etməsinin arxasında dayanan məqsədlər

Bir sıra siyasi şərhçilər Valeri Pekrez Ermənistana və Qarabağa səfərini onun prezident seçkiləri qabağı Fransa vətəndaşı olan erməni elektoratının səsini almaq istəyi ilə əlaqələndiriblər.

Fransanın Monteskyö Universitetinin siyasi elmlər üzrə məzunu və Qərbi Avropa ölkələri üzrə eksperti Səid Musayev prezidentliyə namizəd Valeri Pekrez ölkəsində və Avropada şərq xristianlığını fəal təbliğ edən siyasətçi adlandırıb; “ Bildiyimiz kimi 2022-ci ildə Fransada prezident seçkiləri keçiriləcək. Prezidentliyə namizədliyini irəli sürmüş ultra-sağçı Erik Zemmor, ondan sonra respublikaçı Valeri Pekrez öz seçki kampaniyası çərçivəsində Ermənistana səfər ediblər. Qeyd edim ki, Pekrez ölkəsində və Avropada şərq xristianlığının tarixi və mədəni irisini təbliğ edən siyasətçilərdən biridir. Pekresin erməniləri müdafiə etməsində məqsədi təkcə ermənilərin yox, həmçinin katoliklərin elektoratına nail olmaqdır. Bu siyasətçi xanımın namizədliyini irəli sürən sağçı blok seçki kampaniyasında xristianlıq və Avropa sivilizasiyası amilinə üstünlük verir. Pekrez Ermənistana səfərində deyib ki, guya regionda erməni xristian icması təhdid və təhlükə altındadır. Əslində isə bu belə deyil. Erməni təşəbbüskeşliyi Pekrezin seçki kampaniyası üçün əsas prioritetdir”.

Məsələyə münasibət bildirən keçmiş Xarici İşlər naziri, siyasi eksopert Tofiq Zülfüqarov da hesab edir ki, Valeri Pekrez Qarabağa qanunsuz səfəri Fransa erməni elektoratın səsini almağa yönəlib: “Bu xanımın bu cür millətçi, anti-islam və anti-immiqrant bəyanatlar verməsi ölkəsində fəsadlara gətirib çıxara bilər. Fransada erməni elektoratı seçicilərin bir faizini təşkil edir. Lakin bu məqamı nəzərə almalıyıq. Mütəxəssislər hesab edirlər ki, seçkilərin ikinci turunda hazırki prezident Emmanuel Makron və Valeri Pekrez iştirak edəcək. Onların hesablarına görə, Pekrezin ikinci turda qələbə çalmaq şansı çoxdur. Fransada namizədlər arasında gərgin siyasi mübarizə gedir. Pekrez kimiləri bu seçkidə qalib çıxara erməni diasporunun səsini almağa çalışırlar”.

Politoloq Qabil Hüseynli Valeri Pekresin Qarabağa qanunsuz səfərini Azərbaycan Respublikasının suverenliyinə hörmətsizlik kimi qiymətləndirib.

“Fransanın Qarabağ məsələsində tutduğu mövqe bəllidir. Fransa siyasətçiləri həmişə erməni separatçılarını dəstəkləyiblər. Bunu açıq şəkildə nümayiş etdirirlər. Bu xanım qanunsuz olaraq Qarabağa səfər edib və orada təxribatçı bəyanatlar səsləndirib. Bu, Azərbaycan suverenliyinə hörmətsizlik deməkdir. İstər Fransa Prezidenti Emmanuel Makron, istərsə də digər fransız siyasətçilərin hərəkətləri Fransa-Azərbaycan münasibətlərində problemlər yaradıb. Hal-hazırda Fransa siyasətçilərinin Ermənistana və Qarabağa səfərləri onları seçki kampaniyasına yönəlib. Azərbaycan hər hansı formada Fransaya öz xəbərdarlığını bildirəcək”.

Pekres qalib gələrsə...

Fransada bəzi media mərkəzlərinin apardığı exit-poll araşdırmalara görə, prezident seçkilərinin birinci turunda Valeri Pekrez 20 %  səslə rəqibləri Marine Le Pen və Erik Zemmoru məğlub edə və 23 % səslə ikinci turda Emmanuel Makronla rəqib ola bilər. Araşdırma onu da iddia edir ki, Pekrez ikinci turda 52 % səslə Emmanuel Makronu məğlub edə bilər.

Pekrezin 2022-ci ildə prezident seçkilərinin ikinci turunda qalib gəldiyi təqdirdə Fransa-Azərbaycan münasibətlərində nə dəyişiklər gözlənilə bilər? Pekrez rəhbər postunda olduğu müddətdə, həqiqətənmi Azərbaycana qarşı düşmənçilik münasibəti nümayiş etdirəcək? Pekrez prezident seçildiyi təqdirdə Fransa parlamentinin Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qəbul etdiyi sənədə imza atacaq?

Yuxarıda yazdığım sualların cavabını yalnız zaman göstərəcək. Lakin burada bir önəmli məqamı da nəzərə almaq lazımdır. Dövlətin siyasəti və partiya siyasəti arasında həmişə fərqlər olub. İstər Amerikada, istərsə Qərbi Avropa ölkələrində bir sıra siyasi liderlər və partiyalar hakimiyyətə gəlsə də dövlətin ənənəvi xarici siyasətini tam dəyişdirə bilməyiblər. Çünki o ölkələrdə xarici siyasət xəttini müəyyən edən və formalaşıdıran, ən əsası bununla bağlı proqnoz verən xüsusi institutlar mövcuddur. Tarix onu da göstərib ki, bəzən ənənəvi xarici siyasəti dəyişmək müəyyən fəsadlar törədib.

Ona görə də, bu gün öz seçki kampaniyası üçün Qarabağ qanunsuz səfər Valeri Pekrez prezident seçildiyi təqdirdə Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət də yetirə bilər.

Yunis Abdullayev

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Efiopiyada "ASAN xidmət" mərkəzi açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
Hamısı