Donald Trampın Ticarət Siyasəti: Qlobal İqtisadiyyata Təsirləri və Risklər

Analitika 10:22 03.04.2025

Trampın tətbiq etdiyi tariflər uzunmüddətli strateji hədəf olaraq qalır, lakin bu siyasət, eyni zamanda onun qarşılaşa biləcəyi ən böyük təhlükədir.

Donald Trampın siyasəti zamanla bir çox sahədə dəyişsə də, 1980-ci illərdən bəri bir mövzuda dəyişməz qalır: o, tariflərin ABŞ iqtisadiyyatını gücləndirmək üçün effektiv vasitə olduğuna inanır. Hazırda prezident kimi, bu yanaşmasının doğru olduğunu sübut etməyə çalışır.

Ağ Evdəki "Gül Bağı" adlı tədbirdə dostları, mühafizəkar siyasətçilər və kabinet üzvləri ilə əhatə olunmuş Tramp, müttəfiqlərini, rəqiblərini,eyni zamanda düşmənlərini əhatə edən geniş miqyaslı yeni tarifləri elan etdi.

Prezident, alqışlarla kəsilən nitqində uzun müddət davam edən tarif dəstəyini və Nafta ilə Ümumdünya Ticarət Təşkilatını tənqid etməsinin əhəmiyyətini bir daha vurğuladı.

O, qarşıdakı günlərdə “qlobalistlərdən” və “xüsusi maraqlardan” təzyiq görəcəyini etiraf etsə də, amerikalıları öz instinktlərinə güvənməyə çağırdı. “Son 30 ildə ticarət sahəsində əksəriyyətin etdikləri bütün proqnozlar yanlış çıxdı,” deyə əlavə etdi.

İkinci prezidentlik dövründə, öz fikirlərinə uyğun məsləhətçilərlə əhatə olunan və Konqresin hər iki iclasına nəzarət edən Respublikaçı Partiyasının dominant lideri olaraq, Tramp Amerika mərkəzli yeni ticarət siyasətini həyata keçirmək üçün mövqeyini daha da gücləndirib. O, bu siyasətlərin ABŞ-ı bir əsr əvvəl zənginləşdirən ölkə etdiyini və bunu yenidən bərpa edəcəyini vurğuladı.

"İllər boyu zəhmətkeş amerikalı vətəndaşlar kənarda qalmalı oldular, digər millətlər isə bizim hesabımıza gücləndilər," dedi. “Bu gün atdığımız addımla, nəhayət Amerikanı yenidən zirvəyə qaldıracıq – əvvəlkindən daha böyük gücə sahib olacaq!”

Bu, prezident üçün hələ də böyük risk olaraq qalır. Müxtəlif iqtisadçılar xəbərdarlıq edirlər ki, geniş miqyaslı tariflər – Çinə 53%, Avropa İttifaqına və Cənubi Koreyaya 20%, digər ölkələrə isə 10%-lik ümumi tarif verəcək,amma bu addım qiymətlərin artmasına və qlobal tənəzzülün baş verməsinə səbəb ola bilər.

Beynəlxalq Valyuta Fondunun keçmiş baş iqtisadçısı Ken Roqof, ABŞ-ın, dünyanın ən böyük iqtisadiyyatının, bu tədbirlər nəticəsində tənəzzülə uğrama ehtimalının 50%-ə qədər yüksəldiyini proqnozlaşdırıb. “O, qlobal ticarət sisteminə böyük zərbə vurdu,” deyə Roqof BBC World Service-ə bildirib və əlavə edib ki, bu cür yüksək idxal vergilərinin nəticələri “dağıdıcı” ola bilər.

Trampın bu addımı, həmçinin digər ölkələrlə ticarət müharibəsini daha da gərginləşdirə və Amerika ilə əlaqələrini möhkəmlətməyə çalışan müttəfiqləri narazı sala bilər. Məsələn, ABŞ, Yaponya və Cənubi Koreyayı Çinin  genişlənmə siyasətinə qarşı istifadə edəcəyi qalxan olaraq görür. Lakin, bu üç ölkə yaxın vaxtlarda Amerika ticarət siyasətinə cavab olaraq birgə hərəkət etməyə başlayacaqlarını açıqlayıblar.

Əgər Tramp uğur qazansa, o, İkinci Dünya Müharibəsindən sonra Amerika tərəfindən yaradılan qlobal iqtisadi nizamı köklü şəkildə dəyişdirə bilər. O, bunun Amerika istehsalatını bərpa edəcəyini, yeni gəlir mənbələri yaradacağını və ABŞ-ı daha güclü, müstəqil və Covid pandemiyası dövründə yaşanan qlobal təchizat zənciri pozuntularından qorunmuş ölkəyə çevirəcəyini vəd edir.

Bu, böyük məqsəd – və bir çoxlarının qeyri-real və imkansız hesab etdiyi hədəfdir. Lakin müharibələri sona çatdırmaq, coğrafi sərhədləri dəyişdirmək, yeni ərazilər qazanmaq və federal proqramları və işçi qüvvəsini yenidən təşkil etmək kimi böyük məqsədləri gerçəkləşdirə bilən  prezident üçün,bu  ən böyük mükafatdır.

Ancaq görünən odur ki,əgər davam edərsə, şübhəsiz ki, ölkəyə tarixi dəyişiklik gətirəcək. Lakin, əsas suallar hələ də qalır: Bu, böyük nailiyyətlərlə zəngin miras olaraq qalacaq, yoxsa sadəcə şöhrət və hakimiyyət arzusunun əks-sədası olacaq? Trampın nitqi zəfər dolu idi –amma bu nitq, onun hərəkətlərinin Amerikanın iqtisadiyyatına və siyasi mövqeyinə gətirəcəyi nəticələri tam olaraq əks etdirmir və bu, daha çox müəyyən bir gözləntidən uzaq, qeyri-müəyyən nəticədir.

Tramp çıxışında, gələcəkdə nə vaxtsa bir gün insanların onun haqlı olduğunu qəbul edəcəyini vurğulayıb. O, çıxışının sonunda belə bir ifadə səsləndirib: “Bir gün gələcək ki, geriyə baxanda deyəcəksiniz ki, o, haqlıydı.”

Mədinə Məmmədova//EDnews

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Hamısı