Müharibədən xilasın YEGANƏ YOLU - Oğuz Ayvaz yazır...

Yazarlar 11:00 15.04.2024

Ednews Oğuz Ayvazın “Silahların susmadığı dünya” adlı yeni yazısını təqdim edir. 

Dünyanın dörd bir tərəfində qanlı qarşıdurmalar, hərbi toqquşmalar, müharibələr, terror aktları davam etməkdə və günü gündən sayları artmaqdadır. XXI əsrdə psixoloji müharibələr aparılır. Böyük kütlələr kapitalizmin, sosial şəbəkələrin qurbanına çevrilib. Əsas məqsəd insanın xəyallarına, düşüncələrinə nüfuz edərək onun mənəvi, zehni inkişafının qarşını almaq, onu zombiyə çevirib tam olaraq kölə olmasına nail olmaqdır. 

İnsanın üç-beş saat asılı olduğu elektron cihazını (smartfon, planşet, kompüter və s.) götürün, sudan çıxan balığa çevrildiyini görəcəksiniz. Sudan çıxan balıq da ölümə məhkumdur. İnsanın əldə etdiyi maddi qazanclar və bu nailiyyətlərin rəngarəng, parıltılı və sehrli aləmi ona onların mənasını, həqiqətini və Tanrını unutdurdu. Pandemiyanın yaratdığı dərin sarsıntılar belə bəşəriyyəti özünə gətirmək üçün kifayət etmədi.

III Dünya Müharibəsinin başlamasına bir çox səbəblər var. Bəzi dövlətlər arasında mövcud ərazi münaqişələri, konflikt, iqtisadi gərginliklər, kibermüharibələr və nüvə silahlarının yayılmasını nümunə gətirə bilərik. Sadaladıqlarımın hər biri münaqişələri alovlandırmaq potensialına malikdir. 

Azərbaycan Ermənistan, Hindistan-Pakistan münasibətləri, Şərqi Çin dənizi məsələsi, Ukrayna-Rusiya müharibəsi, İsrail Fələstin qarşıdurması potensial olaraq III Dünya Müharibəsinə səbəb ola biləcək regional münaqişələr kimi önə çıxır. Siyahıya İsrail-İran konflikti də daxil oldu. ABŞ-ın da İsrailin yanında olmağı İranla olan gərginliyinin pik həddə çatacağı qaçınılmaz görünür. İsrail və ABŞ-ın yaratdığı ittifaqa İngiltərə və Avropa İttifaqının rəhbərlik etdiyi alyans, digər tərəfdən isə Rusiya, Çin və İrandan ibarət müttəfiqlər daxildir. Üstəlik, mümkün müharibənin önündə Livanın, arxasında isə İranın olduğunu müşahidə edirik. 

Konfliktlərin həlli və potensial münaqişələrin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin diplomatiya və əməkdaşlığa daha çox diqqət yetirməsi bu ehtimalı əhəmiyyətli dərəcədə azalda bilər. Beynəlxalq əməkdaşlıq, mübahisələrin sülh yolu ilə həllini təşviq edən mexanizmlərin gücləndirilməsi və böyük dövlətlər arasında rəqabətin nəzarət altında idarə olunması III Dünya Müharibəsinin qarşısının alınmasında həyati əhəmiyyət kəsb edir.

Dünyanın harası olur-olsun, insan qanı tökülürsə, savaş varsa, güllələr uşaqları hədəfə alıbsa, vəssalam, biz buna qarşı olmalıyıq. Fərqi yoxdur, türk, rus, fransız, ərəb, alman. Dünyanın hər yerində insan eynidir, hislər oxşardır. Millətlər yalnız rənginə, baxışına, düşüncəsinə görə fərqlənir. Yeganə millət insandır. Sənətin mərkəzində də bu dayanır: insan. Niyə müharibələr olur? Niyə insanlar bir-birinə düşməndir? Nəyə görə qan tökürük? Uşaqların həyatı niyə məhv olur? İncəsənət savaşın, terrorun qarşısında olduğu üçün həmişə hədəfdə olub.

Türkiyəli aktyor Şener Şen ötən il keçirilən bir müsabiqənin təqdimat mərasimində müharibələrlə bağlı fikirlər səsləndirmişdi:

"Dünyanı artıq müharibələr ələ keçirib. Pislərin və güclülərin hər sahədə hakim olduğu bir dünyada yaşayırıq. Yeganə xilas yol sənətə sığınmaqdır". 

Əslində elə bu fikirlərin arxasında dayanan böyük həqiqət odur ki, kütlələr sənətdən en qədər uzaqdırlar. Sənətə nə qədər yaxın və bağlı olsaq o zaman müharibələr də bizə təsir edə bilməz. 

Dünyada müharibə mövzusunda yazılan əsərlər, çəkilən filmlər əslində sülhün mesajını verməkdə, anti-militarist mövqedə çıxış etməkdədir. Dünyanın xilas yolu insanların milli yox, dünyəvi, bəşəri keyfiyyətlərin arxasınca getmələri olar. Yalnız bu cürə xilas ola bilərik. Sənət də bu keyfiyyətləri insana aşılayır. Dünyada həm də insanları sənətdən uzaqlaşdırma kampaniyası aparılır. Ən bariz nümunəsi süni intellektin yaranmasıdır. Yəni göstərmək istəyirlər ki, süni intellektlə də sənət yaratmaq mümkündür. Son dövr yazılan əsərlərdə, filmlərdə də sənətdən uzaqlaşma tendensiyası baş verir. Bu da istər-istəməz insanlara təsir edir. 

Dünya gözyaşı, qan içində olmamalıdır. Silah səsləri deyil, musiqi səsi, kino səsi, şeir səsi, uşaq səsi eşitməliyik. İnsanın insan kimi yaşadığı bir dünya arzusundayıq. Sülhün, barışın olduğu bir dünya yaradaq, axı dünya təkcə güclülərin və pislərin yeri deyil. 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Efiopiyada "ASAN xidmət" mərkəzi açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
Hamısı