Təşəkkürlər İspaniya... Futbolu xilas etdiyin üçün – Əkbər Novruz yazır

Yazarlar 14:15 16.07.2024

14 iyul tarixində artıq bir aydır davam edən AVRO 2024 macərası bitdi və finalda    çempion  Appenin yarımadasının təmsilçisi, İspaniya yığması İngiltərə komandasına 2:1 hesabı ilə qalib gələrək çempion oldu. Və deyərdim ki, bu həqiqətən xoşbəxt sonluq oldu. Hərçənd bu ifadə bir qədər mübaliğə xarakterli ola bilər, lakin düşünürəm bu turnirin sıxıcı atmosferinə yaraşacaq ən gözəl ifadə bu olardı. 

Sözsüz, bir məqam var ki, Avropa Çempionatlarının tarixi nə Dünya Çempionatı, nə də qitəsində keçirilən Copa America qədər keçmişə getmir. Özünün hələ ilk turnirini 1960 – cı ildə keçirən bu Çempionat həmin vaxt 4 komandadan ibarət formatda keçirilirdi. Bu formatın 8 komandaya çevrilməsi 20 il, 16 komandaya keçməsi isə daha 16 il çəkib, 1996 – cı ilə təsadüf edir. Yəni bu çempionat komandaların ın iştirak ərizəsindəki say çatışmazlığına görə hər zaman sıxıcı turnir olaraq görülürdü. Yeri gəlmişkən, 24 komandalıq hazırki format isə 2016 – cı ildən tətbiq edilməyə başlanıb. Nə qədər Dünya Çempionatı kimi maraqla izlənən turnir olmasa da, Avropada ən yaxşı komandanın təyin edilməsi ideyası hər zaman azarkeşlər tərəfindən bəyənilib. 

Bu il Almaniyada keçirilən turnir isə sözün əsl mənasında tam bir fiasko idi. Bunun səbəbini isə qısa bir  şəkildə -  “robotlaşan” futbol sistemi və bir sıra böyük komandaların bu turnirə həvəssiz yanaşması kimi göstərə bilərik. Maraqlı oyunların hər biri turnirin “favorit sayılmayan” – Avstriya, Rumıniya, Türkiyə, Gürcüstan, İsveçrə komandalarının oyunundan göründü. Böyük komandalardan əlbəttə ki, İspaniya və Almaniya yığmalarını qeyd etmək lazımdır; bu məqama sonra toxunacağam. Robotlaşmış, sıxıcı oyun sistemi ilə oynayan böyük komandaların yerdə qalanları isə sadəcə insana yuxu gətirirdi. Bunların ən başında finala vəsiqə qazanan İngiltərə millisi gəlir. Onlar sanki “futbol qatili” idilər. Maraqlısı budur ki, millinin azarkeşləri, sabiq ingilis futbolçuları və ekspertlər də bu məsələdən şikayətlənirdilər, amma necə deyərlər, qalibi tənqid etməzlər,  o hər zaman haqlıdır... Lakin bu qayda şükürlər olsun ki, finalda sonlandı. Turnirin başladığı tarixdən sözün əsl mənasında İngiltərənin iki oyununda vaxt israfı deyib, televizoru söndürdüyümü xatırlayıram. 

Həqiqətən artıq futbol bir çoxlarının da dediyi kimi artıq sıxıcı bir idman növü olmağa başlayır. Əsasən də meydanda öz oyunları ilə matça rəng qatan oyunçular, əsasən də cinah hücumçular azalmaqdadır. “Jogo Bonito” (Gözəl Oyun) anlayışını məşhurlaşdıran Brazilyalılar belə artıq “sistem futbol”u oynayıb, topu cinaha kimi gətirib oradan da geriyə,  meydançanın mərkəzinə qədər paslaşaraq yenidən oyun qururlar. Hətta buna əlavə olaraq qeyd edim ki, həyatımda ilk dəfədir  ki, futbolda künc zərbəsindən başlanılan oyun, heç bir səbəb olmadan qapıçıya qədər paslaşılaraq, vəziyyətin hədər olduğunun şahidiyəm oldum. Bu hal İngiltərə millisinin oyununda – yanlış xatırlamıramsa Slovakiya ilə qarşılaşmada qeydə alınmışdı.

İspanların oyununu gördükdən sonra isə həmin bu, “Jogo Bonito” ya həsrət qaldığımı duydum. Bütün bunları edən, komandanın ön sıralardakı ulduzları, hələ 17 yaşı 3 gün əvvəl tamamlanan, məktəbli Lamine Yamal, yaşı eyni zamanda yenicə 22 olan Nico Williams idi. İspaniya mediasında yazıldığı kimi,  “Futbolun ixtiraçılarının üzünə top” dəydi. Ümid edək ki, bu kimi futbolçuların kariyeraları uğurla davam edər, bütün robot və ya robotlaşdırılan cinah oyunçularına isə bir dərs olar. 

Futbolu xilas etdiyin üçün təşəkkürlər,  İspaniya!

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir
20:13 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
Hamısı