Livanda fəaliyyət göstərən silahlı qruplaşma Hizbullahın lideri Həsən Nəsrullah İsraili hədələyib.
Ednews xəbər verir ki, o, əgər İsrail mülki şəxslərə hücumu davam etdirərsə, onun indiyədək hədəf almadığll əlavə ərazilərinə də hücumlar təşkil edəcəyini deyib.\
“Sizin tanklarınız Livana və onun cənub bölgələrinə daxil olarsa, siz tank çatışmazlığından narahat olmayacaqsınız – çünki istifadə edilə biləcək tank qalmayacaq”, - o, çıxışı zamanı deyib.
Lider sonda Livanın cənubundakı cəbhənin Qəzzəyə qarşı təcavüz davam etdiyi müddətcə aktiv qalacağını bildirib.
Əkbər Novruz