Hizbullahın yüksək səviyyəli hərbi komandiri Fuad Şükürün öldürüldüyü bildirilir.
Ednews "The Guardian"a istinadən xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Haqari gecə saatlarında keçirdiyi brifinqdə deyib.
"İsrail mülki əhalisinə qarşı terror hücumlarına dözməyəcək. Biz bu hücumlara Livandakı Hizbullah komandirlərinə, terror qruplaşmalarına və hərbi infrastruktura dəqiq zərbələr endirməklə cavab veririk” - deyib və yüksək rütbəli komandirin raket atışları zamanı öldürüldüyün söyləyib.
Xatırladaq ki, 27 iyul tarixində Livanda yerləşən Hizbulllah qruplaşmalarının Qolan təpələrinə hücumu nəticəsində 12 israilli uşağın ölümü üzərinə tərəflər arasında atışmalar başlayıb.
Əkbər Novruz