"İsrail ilə münaqişə yeni mərhələyə keçid edir".
Ednews "BBC"ə istinadən xəbər verir ki, bunu Hizbullah silahlı qruplaşmasının rəhbəri Həsən Nəsrullah baş vermiş Fuad Şükrün ölümünə reaksiyasında bildirib.
"Bu ölüm hadisəsi bizi qəzəbləndirdiyi və kədərləndirdiyi kimi, həm də bu münaqişənin yeni mərhələyə keçid etdiyinin şahidi olacaqsınız" - deyə o, çıxışı zamanı söyləyib. Bunun qarşılığında isə çıxış onun tərəfdarlarının "Şeyx Nəsrullah bizə nə desə onu edəcəyik, biz müharibədən qorxmuruq" - deyə yekunlaşıb.
Qeyd edək ki, Hizbullahın yüksək rütbəli komandirlərindən olan Fuad Şükr, eyni zaman da Nəsrullahın ən yaxın adamı olaraq bilinirdi.
Əkbər Novruz