SENSASİON AÇIQLAMA: "Kursk əməliyyatı Putin rejimini zəiflədə bilər" - ÖZƏL

Münaqişələr 11:20 15.08.2024

Rusiya avqustun 6-dan bəri ciddi cəhdlərə baxmayaraq, Ukrayna ordusunu Kurskun sərhəd bölgələrində tutduğu ərazilərdən çıxara bilmir. Hətta ötən gün  Aleksey Smirnov Putinlə görüşündə deyib ki, Kursk vilayətində vəziyyət mürəkkəbdir, 74 yaşayış məntəqəsi artıq Ukraynanın nəzarəti altına keçib. Görünür Kiyev ordusu öz mövqeyini möhkəmlətmək niyyətindədir. 

Bəs 81 ildən sonra baş tutan 2-ci Kursk döyüşü, 1-ci kimi həlledici olacaqmı?

Ednews - a danışan, İrlandiyalı tarixçi və politoloq Petrik Uolş, bunun ilk Kursk döyüşü qədər əhəmiyyətli olmasına şübhə ilə yanaşır:

“İkinci Kursk döyüşünün birinci döyüşün miqyası və əhəmiyyəti səviyyəsində olacağına şübhə edirəm. Putin Ukrayna qüvvələrinə əslində komando qrupu kimi yanaşır və bunu işğal deyil, antiterror əməliyyatı kimi xarakterizə edir. Rusiya Ukrayna hücumunun boş və mənasız bir şou olduğunu, müharibənin isə Donbasda daha həlledici olduğunu çox yaxşı bilir. Kreml Ukraynanın buradakı niyyətinin rus qüvvələrinin Kurska yönləndirmək cəhdi olduğunu bilir, lakin ruslar bu oyuna əməl etmir. Kiyev yalnız kiçik yaşayış məntəqələri, strateji əhəmiyyəti az olan və Rusiya qüvvələrinin az olduğu əraziyə soxulmağa başlayıb. Burada motiv az resursla maksimum siyasi təsir göstərməkdir. Aydındır ki, Rusiyanın Qərb mediasında bu qüvvələri sıxışdıra bilməməsi ajiotaja səbəb olur və olacaq, lakin onların davamlı mövcudluğu Rusiyanın müdaxiləyə hansı səviyyədə güc tətbiq etməsindən asılıdır. Hazırda Kreml situasiyaya ciddi təhdid deyil, xırda bir biabırçılıq kimi, gözlənilməz narahatlıq kimi yanaşır. Kreml əsas işinə sadiq qalır və bu cür şoulardan yayınır. Təbii ki, Kiyevin niyyəti isə bunun əksidir”.

Alman siyasi analitik Brendan Freyser saytımıza şərhində bildirdi ki, Kursk vilayətinin tutulması böyük əhəmiyyət daşıya bilər:

“Ukraynanın Kurska hücum etməsi mövcud döyüşlərin dinamikasını dəyişdi. Geridə qoyduğumuz 2.5 il müddətində davam edən münaqişə çərçivəsində belə bir hadisə baş verməmişdi. Burada nəzərə almalıyıq ki, hadisə tam da gözlənilməz bir zamanda baş verdi. Hansı ki, Rusiya bir növ artıq rahatlamış, münaqişəni bitirmək istədiyi bir vaxta təsadüf edir. Bu da münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsinə işarə edir. Daha 2 gün əvvəl Ukraynanın ələ  keçirdiyi yaşayış məntəqələrin sayı 28 idisə, hazırda Zelenski bunun 74-ə yüksəldiyini bildirir. Əlbəttə burada biraz da praqmatik yanaşmalıyıq. Rusiya müdaxiləni qınadığı kimi, bunun elə əhəmiyyətli olmadığını, israfçılıq olduğunu atdığı addımlarla göstərir. Hansı ki, bu perspektivə də müəyyən haqq qazandırmaq lazımdır. Kiyev bir növ Kremli yoxlayır - Rusiyanın möhkəmləndiyi şərqi Ukrayna ərazilərindəki qüvvələrini buraya cəlb etməyə çalışır. Bu isə elə asanlıqla baş verəcək bir hadisə deyil. Nəzərə alsaq ki, Rusiya həmişə olduğu kimi bir əsl müharibə maşınıdır, canlı qüvvəsi olduqca yüksəkdir. Bu da əsasən Ukraynanın strateji addımlarından aslıdır. Ukrayna Rusiyanı Donbas kimi digər cəbhələrdən resursları yayındırmağa məcbur edərək ələ keçirdiyi ərazini saxlamağa cəhd edə bilər. Bu əməliyyat ilk olaraq Rusiya vətəndaşlarını hökumətin ətrafında birləşdirə bilsə də, Rusiya torpaqlarında davamlı hərbi əməliyyatlar, nəticədə artan ictimai narazılığa səbəb ola bilər. Bu, müharibəyə daxili dəstəyi zəiflədə və potensial olaraq Putin rejiminin sabitliyini poza bilər. Düşünürəm situasiya ilə bağlı yetərincə danışmaq olar, lakin çox qısa şəkildə bunun mümkün nəticəsini deyərək yekunlaşdırmaq istəyirəm. Əməliyyatın uğuru və ya uğursuzluğu regional və qlobal təhlükəsizliyə geniş təsir göstərə bilər. Ukrayna əməliyyatı uğurlu olarsa, digər dövlətləri Rusiyanın maraqlarına qarşı daha aqressiv hərəkətləri dəstəkləməyə sövq edə bilər, qısaca geniş bir müharibə. Uğursuz olarsa münaqişəyə daha ehtiyatlı yanaşmaya səbəb ola bilər, sülh çağırışlarına səbəb olacaq". 

Əkbər Novruz

 

 

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb
21:10 15.07.2025
50 gün sonra nə olacaq? -Analitik Baxış
20:40 15.07.2025
ABŞ-də qeyri-qanuni miqrantlar girov hüququndan məhrum ediləcək
20:12 15.07.2025
Braziliya prezidenti ABŞ-nin rüsumlarına cavab üçün xüsusi komitə yaradıb
19:57 15.07.2025
Ukrayna Ottava konvensiyasından çıxdı
19:42 15.07.2025
Xainliklə gələn gecənin, xalqla açılan səhəri Şahlar Ruhi 15 İyul hadisələri haqqında yazır...
19:27 15.07.2025
Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv olundu
19:12 15.07.2025
Netanyahu druzları qorumaq üçün Suriya qüvvələrini hədəf almağı tapşırıb
18:57 15.07.2025
İraqdakı neft yatağında güclü partlayış baş verib
18:40 15.07.2025
"ABŞ və İsrailə qarşı düşmənçilik Tehrana fəlakətdən başqa heç bir şey gətirmədi"
18:25 15.07.2025
Yaponiya Tokto adasını istəyir, Cənubi Koreya etiraz edir
18:10 15.07.2025
Ukraynanın baş naziri istefa verdi
17:57 15.07.2025
İkardinin hərəkətləri "Qalatasaray"ı qəzəbləndirib
17:55 15.07.2025
"Kallas üzr istəmək əvəzinə, hakimləri təhdid edir"
17:40 15.07.2025
Qurbanqulu Berdıməhəmmədov Qarabağa gələcək
17:25 15.07.2025
ABŞ Zəngəzur Dəhlizinə girə bilərmi? -Analitik Baxış
17:10 15.07.2025
Los-Anceles Olimpiadasının tam cədvəli açıqlandı
16:55 15.07.2025
"Deputat da insandır,əsəbi ola bilər"
16:40 15.07.2025
İsrail Suriyaya zərbələr endirir
16:25 15.07.2025
"Bu ay ərzində Ağdamın Xıdırlı kəndinə köç təmin ediləcək"
16:10 15.07.2025
Latviyanın Baş naziri Ukraynada səfərdədir
15:55 15.07.2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
15:40 15.07.2025
İsrail "Hizbullah"ın obyektlərinə zərbələr endirir
15:25 15.07.2025
Harri Potter haqqında yeni serial çəkiləcək
15:10 15.07.2025
Böyük Britaniya və Çexiya nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək
14:55 15.07.2025
ABŞ yeni raketlərin seriyalı istehsalına başladı
14:40 15.07.2025
Nyu-York və Nyu-Cersi daşqınlar baş verib
14:25 15.07.2025
"Paşinyan Vardanyanın məktubunu Trampa çatdırmaqdan imtina edib"
14:10 15.07.2025
Cəlilabadda meşədə yanğın başlayıb
14:07 15.07.2025
" HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə bağlı müzakirələr aparırıq"
13:55 15.07.2025
"Ağdam, Füzuli və Xocavənd rayonlarının 29,54 faizi mina və PHS-lərdən təmizlənib"
13:40 15.07.2025
Rusiya və İran XİN rəhbərləri Çində görüşdü
13:25 15.07.2025
UNO-lar 10 nüvə başlığını sıradan çıxarıb?
13:10 15.07.2025
İranın Məşhəd şəhərinin hava limanı yaxınlığında güclü partlayış olub
13:01 15.07.2025
Filippin sahilində güclü zəlzələ baş verib
12:55 15.07.2025
Rusiyada azərbaycanlı sahibkarlar saxlanıldı
12:39 15.07.2025
"Qazaxıstanın “OPEC+” sazişindən çıxmaq fikrimiz yoxdur"
12:24 15.07.2025
Bakı-Moskva münasibətləri buna görə gərginləşib
12:09 15.07.2025
" Konstitusiya — hüquqi dövlətin bünövrəsidir, suverenlik isə dövlətin varlığının və milli iradəsinin təcəssümüdür” -Umud Mirzəyev
12:03 15.07.2025
Tramp Putinə olan etibarını itirib
11:54 15.07.2025
Hamısı