EDnews rus mətbuatına istinadən xəbər verir ki, Putin bu açıqlamanı dünən keçirilən mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanlı jurnalistin sualın cavabında verib. Jurnalistin “Səudiyyə Ərəbistanının münaqişənin tənzimlənməsinə dair mümkün vasitəçilik fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına cavabında krallığın vasitəçilik potensialını yüksək qiymətləndirən Putin Rəsmi Moskvanın Səudiyyə Ərəbistanını “Dost dövlət”hesab etdiyini, Ər-Riyadda sülh danışıqları aparmağın Rəsmi Moskva üçün rahat olacağını qeyd edib.
Mümkün sülhün şərtləri barədə verilən suala cavabında isə Putin 2022-ci il İstanbulda razılaşdırılan prinsiplərə istinad edib:
“Biz İstanbulda bu prinsiplər barədə ilkin razılığa gəlmişdik, amma qəflətən Rəsmi Kiyev danışıqlar masasını tərk etdi və prinsiplərin Ukraynanın maraqlarına xidmət etmədiyini açıqladı.
Rəsmi Kiyev hesab edir ki, danışıqlar zamanı əsas predmet Ukraynanın 1991-ci ildə təsdiq olunan ərazisinin sərhədləri olmalıdır. Ancaq biz hesab edirik ki, Zelenski höküməti yeni coğrafi, siyasi və geosiyasi reallıqları qəbul etməli bu reallıqlarla hesablaşmalıdır”.