Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı İzzəddin Qəssam Briqadaları ilk dəfə olaraq Qəzza zolağında israilli məhbusların saxlandığı tunellərin görüntülərini təqdim edib.
"EDnyus" xəbər verir ki, İsrail tərəfindən həbs edilən yüzlərlə fələstinli məhbusun azadlığa buraxılması müqabilində azad edilən israilli girovlar Əli Şərabi, Or Levi və Ohad Ben Aminin 15 ay saxlandığı hərbi tunelin görüntüsü paylaşılıb.
Kadrlarda görünür ki, fələstinli mühafizəçi israilli məhbuslara buraxılış bildirişini oxuyandan sonra üç girov sevinir.
Daha sonra mühafizəçilərin müşayiəti ilə tuneldən çıxan israilli məhbuslar iki fərqli avtomobillə Deyr-Balaxda əsirlərin dəyişdirildiyi əraziyə aparılıb.